Top.Mail.Ru

Nazirlər Kabinetindən futbol açıqlaması – “Müzakirə olunur, amma…”

Nazirlər Kabinetindən futbol açıqlaması – “Müzakirə olunur, amma…”

Nazirlər Kabineti yanında Operativ Qərargahda futbol və idman yarışları ilə bağlı qoyulan məhdudiyyətlərin ləğvi məsələsi müzakirə olunur.

Qol.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov  Operativ Qərargahın bu gün keçirilən brifinqində bildirib: “Bunun müxtəlif aspektləri götür-qoy edilir. Soyunub-geyinmə otağında  virusa yoluxma ehtimalının nə dərəcədə olmasına baxılır. Bu məsələ ilə bağlı hələlik ortaq məxrəc yoxdur”.

Onun sözlərinə görə, növbəti mərhələlərdə bu məsələnin aktuallaşması mümkündür.

DOSYE.ORG

COMMENTS