Top.Mail.Ru

Nazirlik obyektlərdə söküntü işi apara bilərmi? – AÇIQLAMA

Nazirlik obyektlərdə söküntü işi apara bilərmi? – AÇIQLAMA

Bəzən sosial şəbəkələrdə respublika ərazisində mülki obyektlərin söküntüsü ilə bağlı məlumatlar paylaşılır. Söküntü işlərini isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) və ya onun tabeliyində olan hər hansı qurumun apardığı iddia edilir.

Məsələnin maraqlı tərəfi isə sözügedən nazirliyin və ya tabeliyində olan qurumların söküntü işləri aparmağa səlahiyyətləri var yoxsa yox?

Məsələ ilə bağlı Oxu.Az-ın suallarını Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə cavablandırıb.

O nazirliyin heç bir obyekt tikmədiyini və sökmədiyini bildirib:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitə nəzarət edir və tənzimləyir. Bununla bağlı xüsusi mühafizə olunan təbiət əraziləri, milli park, qoruq, meşələr və meşə fondu torpaqlarında müvafiq icazə alınmadan, yüngül konstruksiyalı olmayan tikililərin aidiyyəti qurumları cəlb etməklə sökülməsi barədə qərar verə bilər. Amma şəhər və digər yaşayış məntəqələrində mülki obyektlərin söküntüsünün nazirliklə əlaqəsi yoxdur”.

DOSYE.ORG

COMMENTS