Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik bərpa xidməti təşkil ediləcək.
Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, ƏƏSMN-in Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin əməkdaşlarından ibarət səyyar tibbi-texniki briqada fevralın 18-də Lənkəran, Astara və Lerik, fevralın 19-da Masallı və Yardımlı, fevralın 20-də isə Cəlilabad və Biləsuvar rayonlarında yaşayan əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara protez-ortopedik bərpa xidməti göstərəcək.
Həmin rayonlar üzrə əvvəlcədən qeydiyyata alınmış 450 nəfərdən çox belə şəxsin yuxarı və aşağı ətraf protezləri, ortopedik ayaqqabı, müxtəlif reabilitasiya vasitələri və s. ilə təmin edilməsi nəzərdə tutulur.
2013-cü ilin dekabr ayında ƏƏSMN üzrə müvafiq əmrə əsasən yaradılmış səyyar tibbi-texniki briqadalar ötən müddətdə ölkənin müxtəlif bölgələrində olaraq, 1564 nəfər əlilliyi olan şəxsi yaşadıqları bölgədə səyyar formada protez-ortopedik bərpa xidməti ilə təmin edib.

COMMENTS