Neft sürətlə bahalaşır

Dünya bazarında neftin qiyməti bahalaşaraq 67 dolları ötüb.

Axar.az “Bloomberg”ə istinadən xəbər verir ki, birjalarda “Brent” markalı xam neftin bir barrelinin qiyməti 0,82 dollar bahalaşaraq 2015-ci il ərzində ilk dəfə ən yüksək həddə – 67,27 dollara çatıb.

Dünya bazarında VTI (West Texas Intermediate) markalı neftin bir barreli isə 0,90 dollar bahalaşaraq 59,83 dollara satılıb.

Qeyd edək ki, OPEK rəsmiləri və bir çox analitiklər ilin ikinci yarısından sonra birjalarda neft qiymətlərinin yüksələcəyini bildirirlər.

COMMENTS