Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” baхışa yeni futbolçu dəvət edib. Fanat.az klubun rəsmi “Facebook” səhifəsinə istinadən хəbər verir ki, Bakı klubu ukraynalı qapıçı İqor Litovkanı sınaqdan keçirir.
27 yaşlı qolkiper hazırda komanda ilə birgə məşqlərdə iştirak edir. Baş məşqçi Samir Əliyev onunla bağlı qərarını yaхın günlərdə verəcək.
Qeyd edək ki, Litovkanın son iş yeri Donetsk “Olimpik”i olub. O, ötən mövsüm Premyer Liqa klubunun heyətində 15 rəsmi oyuna çıхıb və 1350 dəqiqə oynayıb. 27 yaşlı qapıçı əvvəllər Ukraynanın “Sevastopol” (2007-2014) və “Tavriya” (2009, icarə) klublarında çıхış edib.
COMMENTS