“Neftçi” ilk yoxlama matçında uduzdu

“Neftçi” ilk yoxlama matçında uduzdu

Avstriyada təlim-məşq toplanışında olan “Neftçi” ilk yoxlama görüşünü keçirib.

Qol.Az-ın məlumatına görə, komanda Macarıstanın MTK klubu ilə qarşılaşıb.

Oyun “Neftçi”nin böyükhesablı məğlubiyyəti ilə başa çatıb. Samir Əliyevin rəhbərlik etdiyi komanda matçdan 0:3 hesablı məğlubiyyətlə ayrılıb.

Qeyd edək ki, “Neftçi” Rumıniyanın “Botoşani” (21 iyun), Albaniyanın “Kukesi” (24 iyun) və Ukraynanın “Şaxtyor” (27 iyun) klubları ilə oyunlarda qüvvəsini sınayacaq.

COMMENTS