“Neftçi” – “Qalatasaray” cütünün potensial rəqibi bilindi

“Neftçi” – “Qalatasaray” cütünün potensial rəqibi bilindi

Bu gün Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Qol.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən tədbirdə təmsilçimiz “Neftçi”nin də potensial rəqibi müəyyənləşib.

“Ağ-qaralar” 2-ci mərhələdəki rəqibi “Qalatasaray”ı (Türkiyə) mübarizədən kənarlaşdırsa, “Renova” (Şimali Makedoniya)/“Hayduk” (Xorvatiya) cütünün qalibi ilə qarşılaşacaq.

“Neftçi” – “Qalatasaray” oyununun qalibi 3-cü mərhələdəki rəqibini evdə qəbul edəcək.

Qeyd edək ki, 3-cü təsnifat mərhələsinin oyunları sentyabrın 24-də keçiriləcək.

DOSYE.ORG

COMMENTS