Top.Mail.Ru

“Neftçi” “Qarabağ”a, “Sabah” “Zirə”yə qalib gəldi

“Neftçi” “Qarabağ”a, “Sabah” “Zirə”yə qalib gəldi

Bu gün Azərbaycan Premyer Liqasında 3-cü tura yekun vurulub.

Qol.az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib. “Zirə” öz meydanında “Sabah”ı qəbul edib. Oyun qonaqların qələbəsi ilə başa çatıb – 2:0. “Sabah” bu qələbə ilə xallarını altıya çatdıraraq liderliyə yüksəlib.

Turun mərkəzi oyunu isə Suraxanıda keçirilib. “Azərsun Arena”da son illərin çempionu “Qarabağ” əzəli rəqibi “Neftçi”ni qəbul edib. Qarşılaşma “ağ-qaralar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

20 sentyabr

20:15. “Qarabağ” – “Neftçi” – 1:2
Qol:
 Ovusu Kvabena, 10 (1:0), Voislav Stankoviç, 12 (1:1), Namiq Ələsgərov, 68 (1:2)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
“Azərsun Arena”

18:00. “Zirə” – “Sabah”  – 0:2
Hakimlər:
 İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Nicat İsmayıllı
Qol: Xulio Sezar Rodriges, 51, Kevin Kubemba, 90+2
Zirə İdman Kompleksinin stadionu

DOSYE.ORG

COMMENTS