“Neftçi” rəhbərliyindən millinin oyunçusuna – hörmətsizlik

“Neftçi” rəhbərliyindən millinin oyunçusuna – hörmətsizlik

Bu yaxınlarda “Qəbələ”yə transfer olunan Ruslan Qurbanova sabiq klubu “Neftçi” tərəfindən hörmətsizlik olunub.

Qol.az-ın xəbərinə görə, “ağ-qaralar”ın bazasında qalmış əşyalarını götürməyə gedən R.Qurbanov içəri buraxılmayıb. Mühafizə xidməti klub rəhbərliyinin tapşırığına əsasən belə addım atdığını bildirib.

Bundan sonra milli komandanın da üzvü olan R.Qurbanov məsələ ilə əlaqədar AFFA-nın baş katibi Elxan Məmmədova şikayət edəcəyini bildirib. Yalnız bundan klub rəhbərliyi Qurbanovun bazaya girməsinə icazə verib.

COMMENTS