“Neftçi” “Sumqayıt”a da uduzdu

“Neftçi” “Sumqayıt”a da uduzdu

Misli Premyer Liqasında 16-cı tur davam edir.

QOL.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib.

Əvvəlcə “Kəpəz” “Zirə” ilə qarşılaşıb. Görüş Bakı təmsilçisinin 4:0 hesablı qələbəsi ilə bitib.

Günün 2-ci görüşündə isə “Sumqayıt” “Neftçi”ni qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib. Bu matç həm də “Neftçi”nin baş məşqçisi Samir Abasovun “ağ-qaralar”a növbəti gəlişindən sonra sabiq komandasına qarşı ilk oyunu olub.

Beləliklə, “Sumqayıt” turnir cədvəlində 19 xalla 6-cı, “Neftçi” isə 13 xalla 8-ci yerdə qərarlaşıb.

Misli Premyer Liqası, 16-cı tur

8 dekabr (bazar)

18:00. “Sumqayıt” – “Neftçi” – 2:0 

Qollar: Kamran Quliyev, 20, Cordan Rezabala, 44
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Cavid Cəlilov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

16:00. “Kəpəz” – “Zirə” – 0:4

Qollar: Salifu Suma, 32, Giorgi Papunaşvili, 45+7, İssa Cibrila, 48, Elçin Əmircanov, 73
Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Teymur Teymurov, Əli Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Eyyub İbrahimov
Tovuz şəhər stadionu

9 dekabr (bazar ertəsi)

19:00. “Turan Tovuz”– “Şamaxı”
Hakimlər:
 Kamal Umudlu, Vüsal Məmmədov,  Asiman Əzizli, Rauf Allahverdiyev
VAR: Nicat İsmayıllı
AVAR: Şirmamed Mamedov

Tovuz şəhər stadionu

7 dekabr

“Səbail” – “Araz-Naxçıvan” – 0:2

“Sabah” – “Qarabağ” – 1:1

COMMENTS