“Neftçi” “Turan Tovuz”la üz-üzə

“Neftçi” “Turan Tovuz”la üz-üzə

Bu gün Misli Premyer Liqasında 26-cı tura yekun vurulacaq.

QOL.az xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək.

“Neftçi” öz meydanında “Turan Tovuz”la qarşılaşacaq. Uğursuz mövsüm keçirən “Neftçi” hazırda 27 xalla 7-ci, “Turan Tovuz” isə 42 xalla 4-cü pillədə yer alıb.

Bu komandalar arasında ilk dövrədə keçirilən görüşdə qol vurulmayıb. İkinci dövrənin oyununda da bərabərlik qeydə alınıb – 1:1.

Bu gün “Sumqayıt” – “Kəpəz” matçı da keçiriləcək.

10 mart

19:30. “Neftçi” – “Turan Tovuz”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev.

VAR: Rauf Cabarov.

AVAR: Akif Əmirəli.

“Neftçi Arena”

17:00. “Sumqayıt” – “Kəpəz”

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Teymur Teymurov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

8 mart

“Araz-Naxçıvan” – “Qarabağ” – 1:3

9 mart

“Şamaxı” – “Sabah” – 1:0

“Zirə” – “Səbail” – 1:0

COMMENTS