“Neftçi”nin yeni baş məşqçisi kimdir?

Ötən gün Böyükağa Hacıyevlə yolları ayıran “Neftçi” klubunun yeni baş məşqçisinin adı açıqlanıb.
 
Bu barədə Qol.Az saytına klubun mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
 
O, bildirib ki, komandanı Arif Əsədov çalışdıracaq.
 
Klubun rəsmi saytı yeni baş məşqçinin  təyinatını bir qədər sonra elan edəcək.
 
Xatırladaq ki, Əsədov “Neftçi”ni 2010/11 mövsümündə ölkə çempionu edib.

COMMENTS