“Neftçi” və onun azarkeşlərinə hörmət edin!”

Gürcüstanın “Çixura” klubunun qapıçısı Maksim Kvilitaia Avropa Liqasının III təsnifat mərhələsinin “Neftçi” ilə cavab oyunu öncəsi öz azarkeşlərinə səslənib.

 

Qol.Az-ın məlumatına görə, ölkəsinin mətbuatına açıqlama verən təcrübəli futbolçu azarkeşlərə müraciətində onları “Neftçi”yə hörmət etməyə, ilk oyunda olduğu kimi siyasi pankartlar asmamağa çağırıb:

“Azarkeşlərimizdən xahiş edirəm ki, siyasi pankartlar hazırlamasınlar. Oyunumuzu UEFA nümayəndələri izləyəcək. Yenidən insident baş versə, UEFA bütün Gürcüstan futbolu haqda cəza tədbirləri görəcək. Ona görə də tərəfdarlarımıza sözüm odur ki, rəqibə və onların azarkeşlərinə hörmət edin!”

Xatırladaq ki, “Neftçi” – “Çixura” matçında qonaq komandanın azarkeşləri stadionunda yer aldıqları tribunadan Azərbaycanın Zaqatala və Qax rayonlarının Gürcüstan ərazisi kimi göstərildiyi xəritə asıblar.

Komandalar arasında cavab görüşü avqustun 7-də Gürcüstanda keçiriləcək.

COMMENTS