Neftin qiyməti düşdü

Nyu-York və London birjasında neft fyuçerslərinin qiyməti ucuzlaşıb.

ANS PRESS-in məlumatına görə, amerikanın yüngül WTI markalı neftinin fyuçers qiyməti Nyu-Yorkun NYMEX birjasında 0,89 dollar düşüb.

Bununla da onun qiyməti 1 barrelə 45,34 dollar səviyyədə qalıb.

Şimal dənizindən olan Brent markalı neftin fyuçerslərinin qiyməti isə Londonun ICE birjasında 0,67 dollar enib.

Bununla da onun qiyməti 1 barrelə 48,93 dollar təşkil edib.

COMMENTS