Siyasətçi Boris Nemtsovun qətli üzrə işdə şahid olan ukraynalı fotomodel Anna Duritskaya Moskvadan Kiyevə yollanıb. Musavat.com xəbər verir ki, bunu “İnterfaks”a Ukrayna XİN-in sözçüsü Yevgeni Perebiynis deyib. Onun sözlərinə görə, Duritskayanı vəkili müşayiət edir.
“Ukraynanın Moskvadakı səfirliyi onun vətənə qayıtması üçün bütün lazımi yardımı göstərib”, – XİN nümayəndəsi bildirib.
Martın 2-də Anna Duritskaya bildirmişdi ki, ayrılan mühafizəçilər onu heç bir yerə buraxmır: “Heç bir yerə çıxa bilmirəm. Yəqon ki, dəfnə də getməyəcəm”.
Model “Dojd” telekanalına müsahibəsində qətl anı ilə bağlı xatırladıqlarını danışıb. Duritskayanın sözlərinə görə, cinayətkar arxasında olub və çevriləndə yalnız açıq rəngli maşını görüb, lakin maşının nə markasını, nə də nömrəsini xatırlamır. Fotomodel onu da bildirib ki, cinayətə qısqanclıq səbən ola bilməzdi.
COMMENTS