İsrail İranın Suriyada hərbi cəhətdən möhkəmlənməsinin qarşısını almaq üçün Tehranın qonşu ərəb ölkəsindəki obyektlərinə hücumları artırmağa hazırdır.
Dosye.org TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda İsrailin baş naziri Benyamin Netanyahu yəhudi dövlətinin şimal rayonlarına səfəri zamanı bildirib.
“İsrail Dəməşqin beynəlxalq aeroportunda İranın silah anbarına zərbələr vurdu. Bu, Suriyada İranın hərbi cəhətdən möhkəmlənməsinin qarşısının alınması üzrə bizim qətiyyətimizi göstərir. Biz zəruri olduqda, belə hücumları intensivləşdirməyə hazırıq”, – baş nazir deyib.
Daha əvvəl KİV-in yazdığına görə, İsrail təyyarələri Suriya ərazisinə zərbələr endirib. İsrailin baş naziri təsdiq edib ki, son 36 saatda İsrailin Hərbi Hava Qüvvələri Suriyada İran obyektlərinə hücüm edib.
Dosye.org
COMMENTS