Netanyahudan GÖZLƏNİLMƏZ QƏRAR: Bu gün ilk dəfə…

Netanyahudan GÖZLƏNİLMƏZ QƏRAR: Bu gün ilk dəfə…

İsrailin Baş naziri Benyamin Netanyahu müdafiə naziri postunu özündə saxladığını bəyan edib.

Dosye.org  “Assoşieyted Press” agentliyinə istinadən xəbər verir ki, baş nazir bu haqda televiziya ilə müraciətində bildirib.

“Bu gün ilk dəfə müdafiə naziri vəzifəsinə başlayıram”, – Netanyahu deyib.

Onun sözlərinə görə, ölkə təhlükəsizlik nöqteyi-nəzərindən ən çətin dövrlərdən birini yaşayır.

Xatırladaq ki, noyabrın 14-də Aviqdor Liberman Müdafiə Nazirliyinin başçısı vəzifəsindən istefa verib. O, qərarını hökumətin Qəzza sektorunda Fələstin döyüşçülərinə qarşı döyüş hərəkətlərini dayandırması ilə izah edib.

Dosye.org

COMMENTS