Neymar bu il oynaya bilməyəcək

Neymar bu il oynaya bilməyəcək

Fransanın PSJ komandasının zədəli futbolçusu Neymarın durumuna aydınlıq gəlib.
Dosye.org klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı hücumçu üçün 2020-ci il vaxtından tez başa çatıb.
Liqa 1-in XIV turunun “Lion”la oyununda (0:1) sol ayağı burxulan 28 yaşlı forvard bu il meydana çıxa bilməyəcək.
Bu isə o deməkdir ki, təcrübəli oyunçu çempionatda “Lill”lə səfər matçını (20 dekabr) və “Strasbur”la ev qarşılaşmasını (23 dekabr) buraxacaq.
Qeyd edək ki, PSJ 2021-ci ildə ilk oyununu yanvarın 6-da Liqa 1-də “Sent-Etyen”ə qarşı keçirəcək.
DOSYE.ORG

COMMENTS