Top.Mail.Ru

Neymar və Qonsales ilin sonuna qədər diskvalifikasiya edilə bilər


PSJ-nin hücumçusu Neymar və “Marsel”in müdafiəçisi Alvara Qonsales bu il Fransa çempionatındakı bütün qarşılaşmaları buraxa bilər.

Bu barədə “L’Equipe” məlumat yayıb.
Nəşr qeyd edib ki, əgər futbolçuların ifadələri rasizm xarakterli çıxışlar kimi qəbul edilsə, o zaman Neymar və A.Qonsales 8-10 oyunluq diskvalifikasiya oluna bilər. Bu isə təqvim ilinin başa çatması anlamına gəlir.
“El Partidazo de COPE” nəşri isə qeyd edir ki, Neymar rəqibin yaponiyalı yarımmüdafiəçisi Hiroki Sakayini təhqir edib. Eyni zamanda Qonsales də Neymarı “meymun” adlandırıb.

COMMENTS