Nigeriyada silahlı hücum: 8 nəfər öldü

Nigeriyada silahlı hücum: 8 nəfər öldü

Nigeriyanın Kaduna əyalətində silahlı şəxslərin hücumu nəticəsində 8 nəfər ölüb.

Dosye.org xəbər verir ki, bu barədə Kaduna əyalətinin daxili təhlükəsizlik və daxili işlər komissarı Samuel Aruvan məlumat yayıb.

O bildirib ki, naməlum silahlı şəxslər əyalətin Kajuru və Doka bölgələrinə hücum ediblər. Nəticədə 8 nəfər ölüb, 4 nəfər yaralanıb.

DOSYE.ORG

COMMENTS