Nigeriyalı hücumçu İstanbul nəhənglərinin hədəfində

Nigeriyalı hücumçu İstanbul nəhənglərinin hədəfində

Müqavilə ilə “Lester”ə məxsus olan, icarə əsasında Moskva MOİK-də çıxış edən Ahmed Musa keryerasını Türkiyə Superliqasında davam etdirə bilər.

Qol.az-ın “Fanatik”ə istinadən yaydığı xəbərə görə, “Qalatasaray”, “Beşiktaş” və “Fənərbaxça” 25 yaşlı forvardın xidmətində maraqlıdır. 

“Qalatasaray” hələ qışda Musanı heyətinə cəlb etmək istəyirdi. Həmin vaxt İstanbul klubu afrikalı forvard üçün ildə 3,5 milyon avro əmək haqqı təklif etsə də, transfer baş tutmamışdı. 


Qeyd edək ki, mövsümün ikinci yarısında çıxış etdiyi Rusiya çempionatında Musa 9 görüşdə 5 qol vurub.

Dosye.org

COMMENTS