Nikol Paşinyanın dolma YALANI

Nikol Paşinyanın dolma YALANI

Milli musiqimizi, rəqslərimizi, eləcə də adət-ənənələrimizi mənsimsəyib özününküləşdirən ermənilər Azərbaycan mətbəxinə də əl uzatmağa davam edirlər. Bu dəfə oğurluq işində sıravi ermənilərlə yanaşı, Ermənistanın baş naziri Nikol Paşinyan aktiv iştirak edir.

Belə ki, ötən gün Niderlandda səfərdə olan Paşinyan Haaqada erməni diasporu və yerli rəsmilərlə görüşdə erməni mətbəxindən danışaraq, milli yeməklər sırasında dolmanı xüsusilə qeyd edib. Ermənistan rəhbəri dolmanın Azərbaycana məxsus olduğunu bildiyi halda, adıçəkilən yeməyi öz adlarına çıxıb və bununla növbəti saxtakarlığa yol verib.

Mövzu ilə bağlı Modern.az-a danışan Azərbaycanın Milli Kulinariya Mərkəzinin (AMKM) rəhbəri Tahir Əmraslanov bildirib ki, ermənilərin başqa millətlərdən oğurluq etməsi heç kimə sirr deyil. Onun sözlərinə görə, Ermənistan vətəndaşları bununla özlərinə saxta milli kimlik yaratmağa çalışırlar:

“Milli kimlik yaratmaq üçün millətin milli irsi olmalıdır. Onların nə milli rəqsi, nə milli musiqisi, nə də milli mətbəxi var. Dolma bizim milli yeməyimizdir, bunu sübut etsək də, ermənilər oğurluqdan əl çəkmirlər”.

T.Əmraslanovun sözlərinə görə, dolmaların hamısı Azərbaycan mətbəxinə məxsusdur və bu yemək heç vaxt ermənilərin olmayıb: 

“Dolma azərbaycanlılar tərəfindən başqa xalqlardan götürülmüş yemək deyil. Mənim rus, ingilis, türk və özbək dilinə tərcümə olunmuş “Dolma məsələsi bütöv şübhələrə son” kitabımda dolma ilə bağlı bütün şübhələrə cavab vermişəm. Hətta Ermənistan Elmlər Akademiyası bu kitabı təkzib edə bilmir”.

T.Əmraslanov qeyd edib ki, türk-müsəlman ölkələrində dolmanın Azərbaycana aid olduğu qəbul edilir, lakin bəzi ölkələrdə ermənilər dolmanı öz adlarına çıxmaq üçün çalışırlar.\

“Yunanlar və ermənilər də dolmaya sahib çıxmaq istəyirlər. Bəzi ölkələrdə ermənilərin dolma ilə bağlı  provakasiyaları daha aktiv işləsə də, dünyanın əksər yerlərində dolma Azərbaycan yeməyi kimi tanınır. Buna səbəb YUNESKO tərəfindən dolmanın Azərbaycan xörəyi kimi tanınmasıdır. 2017-ci ilin 4-9 dekabr tarixində Cənubi Koreya Respublikasının Jeju adasında keçirilən UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 12-ci sessiyasında Azərbaycanın təqdim etdiyi “Mədəni kimliyinin hissəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsi” UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. Hazırda 10 dolmamız patent olub”, – deyə T.Əmraslanov Paşinyanın dolma ilə bağlı yalanını ifşa edib.

DOSYE.ORG

 

COMMENTS