Niyə İlqar Məmmədova bəraət, Tofiq Yaqubluya qazamat?

Niyə İlqar Məmmədova bəraət, Tofiq Yaqubluya qazamat?

2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təqsirli bilinərək məhkum edilmiş ReAl Partiyasının sədri İlqar Məmmədovla bağlı sesnsaion qərar verilib. Ali Məhkəmənin Plenumunda İlqar Məmmədovun barəsində olan hökmlə bağlı işə baxılıb.
Plenumun qərarına əsasən, İ.Məmmədov barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilib. Ali Məhkəmənin qərarı ilə mənəvi zərərə görə İlqar Məmmədova 234 min manat təzminat ödənəcək. Lakin eyni hadisəyə görə və eyni maddələrlə həbs edilmiş Musavat Partiyasının üzvü Tofiq Yaqubluya bəraət verilməyib. Bəs T.Yaqubluya niyə bəraət veriilmədi, üstəlik də yenidən həbs edildi?
Vəkil Əsabəli Mustafayev deyir ki, Avropa Məhkəməsi tərəfindən Konvensiyanın 18-ci maddəsinin pozuntusunu tanınmış işləriin icrasını Avropa Şurasının Nazirlər Komitəsi bir qrupda birləşdirmişdir. Bu qrup “İlqar Məmmədov və digərləri qrupu” adlanırdı. Bu qrupa İlqar Məmmədovdan başqa İntiqam Əliyev, Anar Məmmədli, Rəsul Cəfərov, Zaur Qurbanl, Rəşadət Axundov və mənim nümayəndələri olduğum Üzeyir Məmmədli, Rəşad Həsənov daxil edilmişdir. Natiq Cəfərlinin işi üzrə qərar bu yaxınlarda elan olunduğundan həmin qrupda yox idi. Nazirlər Komitəsi hər zaman bu 8 ərizəçinin işini icrasını eyni zamanda müzakirə etmişdir. Axrıncı belə müzakirə cari ilin 5 mart tarixində keçirilmişdir. Avropa Məhkəməsinin saytında bu barədə məlumatdan göründüyü kimi müzakirə 8 iş üzrə aparılmışdır.
Ə.Mustafayev bildirir ki, mətbuatda İlqar Məmmədovun və Rəsul Cəfərovun işlərinə Ali Məhkəmənin Plenumunda baxılacağı haqqında yayılmış məlumat bəzilərimizdə təəccüb doğurdu, məntiqlə 8 nəfərin işinə baxılmalı idi. Mümkündür ki, bu işlərə Plenumda hissə-hissə baxılacaqdır.
“Ümüd edək ki, qalan işlərə də yenidən baxılacaq və eyni qərarlar qəbul ediləcəkdir. Əks təqdirdə məlum olacaqdır ki, bu günkü qərarlar siyasi məqsədlər üçün qəbul olunmuşdur və onun hüquq sisteminə heç bir təsiri olmayacaqdır. Digər tərəfdən, bu 6 işə Avropa Məhkəməsində mahiyyəti üzrə hələki baxılmayıb. Bu işlərə ölkədaxilində yenidən baxılmadığı halda onlara Avropa Məhkəməsi baxacaq və yenidən Konvensiyanın 18-ci maddəsinin pozuntusunu tanıyacaq. Çünki həbs üçün əsaslı şübhələrin olmaması barədə artıq qərar var və sübutlar üzrə qəbul olunmuş hökmün 18-ci maddəyə zidd olması mübahisəsizdir. Bu yeni rekordların ölkənin beynəlxalq imidcinə ciddi zərbə olacaqdır. İndi seçim sizlərin səlahiyyətli məmurlar”.
Vəkil Cavad Cavadov isə hesab edir ki, Avropa Məhkəməsi işə tez baxılmasının kriteriyalarından biri də şikayətin keyfiyyətli yazılmasıdır. İlqar Məmmədovun işində Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət keyfiyyətli ingilis dilində yazıılmış, sənədlər ingilis dilinə tərcümə edilmişdir. Bu tərcümələrin hamısını İlqar Məmmədov özü etmişdir. İlqar Məmmədovun ingilis dilinin bilik səviyyəsi buna imkan verir. Normalda şikayət Azərbaycan dilində və üzv dövlətlərin birinin dilində göndərilə bilər. “Avropa Şurasına üzv olduğumuz və Konvensiyanı ratifikasiya etdiyimiz vaxtdan 18-ci maddənin pozulması ilə bağlı şikayətlər Avropa İnsan Hüquqlar Məhkəməsinə göndərilməmişdir.
Bu işdə ilk oldu. Həmin maddə “Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri” adlanır və məzmunu belədir: Qeyd olunan hüquq və azadlıqlarla bağlı bu Konvensiyada yol verilən məhdudiyyətlər, nəzərdə tutulduğundan başqa, hər hansı digər məqsəd üçün tətbiq olunmamalıdır. Bu maddənin qısa təsviri: Konvvensiyada nəzərdə tutulmuş hüquqların, konkret halda həbsin məqsədi siyasi motivlidir.
Yekun olaraq Avropa Məhkəməsi bu iş üzrə öz qərarında qeyd etmmişdir ki: həbsin məqsədi ərizəçini susdurmaq, siyasi fəaliiyyətindən kənarda qoymaq olmuşdur. Tofiq Yaqublunun işində 18-ci maddənin pozuntusu şikayətdə qoyulmamışdır və bu səbəbdən qərar yalnız Konvenisyanın 5-ci maddəsinn pozuntusu ilə qəbul edilmişdir. Şikayət operativ göndərilməmişdir. Bununla belə Avropa Məhkəməsi o işə də kifayət qədər tez müddəətdə baxmıışdır. Avropa Şrasının nazirlər Komitəsi İlqar Məmmədovun işinin icrası ilə bağlı dəfələrlə qeyd etdi ki, Konvenisyanın 18-ci maddəsinin pozuntusu təsbit edildiyindən hətta məhkəmə hökmünün əhəmiyyəti yoxdur. Bununla belə sonradan Konvenisyanın 6-cı maddəsi ilə bağlı Avropa Məhkəməsinin yeni qərarı qəbul olundu. Hökümət illərdir dirəniş göstərərək bu qərarların icra etməkdən imtina edirdi və yenə də ilk olaraq Azərbaycanın Avropa Şurasının üzvlüyündən çıxarılması proseduru başlanıldı”.
Xatırladaq ki, İ.Məmmədov Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə o, vaxtından əvvəl azad edilib və cəzası şərti hesab edilib. Daha sonra İ.Məmmədov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Ai Məhkəmə Şəki Ağır Cinayətlər Məhkəməsinin onun haqqında çıxardığı cəza dəyişdiriib və şərti cəzası ləğv edilib. Belə ki, İ.Məmmədovun cəzası 5 il 6 ay 9 günə endirilib və həmin müddət də çəkilmiş hesab olunub.(criminal.az)
DOSYE.ORG

COMMENTS