Niyaməddin Orduxanlı: “Müsavat Partiyası Əli Kərimli kiminin əsl müxalifət olması ilə bağlı sertfikat paylayanıdır”

“Cəmil Həsənli Əli Kərimlinin dediklərini öz adı ilə deyir…”

“Əli Kərimli hakmiyyətlə gizli danışıqlar aparmaq istəyir”. Bunu dosye.org-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı iqtidar-müxalifət dialoqunu qəbul etməyən şəxslərlə bağlı danışarkən deyib. Onun sözlərinə görə, Əli Kərimli iqtidarla danışıqlarda nə qədər adamın iştirak edib etməyəcəyi ilə maraqlanır: “Əli Kərimli, təsəvvür et ki, görüşdə YAP-ın bir nümayəndəsi deyil, 17 nümayəndəsi iştirak edir. Görüş iştirakcılarının sayının məsələyə nə adiyyatı? Get, sözünü de, etirazını et. Nədən istəyirsən danış. Kimdir əlini sənin ağzına soxub danışmağa qoymayan?
Əli Kərimli bu görüşə qəsdən qatılmayıb. O, bu addımı ilə Azərbaycan dövlətinin imicini korlamaq istəyir. İstməmir ki, beynəlxalq təşkilatlar və bir çox qurumlar görsün ki, Azərbaycan hakmiyyəti ölkədə demokratik ənənələrə uyğun olaraq iqtidar-müxalifət dialoqu təşkil edilir, siyasi partiyalarla görüş keçirir, ölkədə mövcud ola problemləri birgə müzakirə aparır. Əli Kərimli görüşə qatılmamasına bəhanə kimi göstərir ki, görüşdə iştirak edən başqa partiyalarda var. Bunun sənə nə adiyyatı? Görüşün təşkilatcısı Azərbaycan iqtidarıdır. Hansı partiyanı görüşə dəvət etmək hüququ onlardadır. Əli Kərimli, təsəvvür et ki, görüşdə YAP-ın bir nümayəndəsi deyil, 17 nümayəndəsi iştirak edir. Görüş iştirakcılarının sayının məsələyə nə adiyyatı? Get, sözünü de, etirazını et. Nədən istəyirsən danış. Kimdir əlini sənin ağzıva soxub danışmağa qoymayan? Nə məqsədin var ki, sən 17 nəfərin yanında deyil, 1 nəfərlə görüşmək istəyirsən? Öyrəşmisən gizli danışıqlar aparıb sövdələşmələr etməyə. Axı sən gizli danışıqlar da edib, sonradan xəyanət edənsən…”
Niyaməddin Orduxanlı müsavat partiyasının da görüşə qatılmaması ilə bağlı danışıb: “Müsavat Partiyası isə Əli Kərimlinin şantajından qorxub görüşə qatılmadı. Bunun başqa səbəbi ola bilməz. Fikirləşirlər ki, Əli Kərimli görüşlə baxlı bütün beynəlxalq təşkilatlara donosçuluq edəcək ki, Müsavat Partiyası hakimiyyətlə yaxınlaşıb, onların maraqlarından çıxış edir. Məhz bu qorxudan görüşə qatılmadılar. Guya ki, Müsavat Partiyası Əli Kərimli kiminin əsl müxalifət olması ilə bağlı sertfikat paylayanıdır. Milli Şuranın sədri Cəmil Həsənliyə gəldikdə isə, o, Əli Kərimlinin şöbə rəhbəridir və onun dediklərini öz adı ilə deyir…Biz BAXCP olaraq bəyan edir ki, iqtidar həmin şəxslərlə dialoqa getməsinə tərəfdar olmamışıq. 2013-cü il prezident seçkilərində Əli Kərimli və bu qüvvələr Rusiyanın əlində bir alət olaraq istifadə olunublar. Bu, artıq real faktdır. Özləri açıq şəkildə bəyan edirdilər ki, Rüstəm İbrahimovun Mill Şura layihəsi Rusiyanın layihəsidir və Rüstəm İbrahimbəyovun liderliyi altında bu siyasi layihə gerçəkləşdirildi. Xarici dövlətin əlində alətə çevrilən siyasətçilərlə milli məsələləri birgə müzakirə etmək olarmı? Birmənalı şəkildə deyirəm ki yox! Məncə, iqtidar bu qüvvələri görüşə dəvət etməməli idi. Sabah onlara başqa tapşırıq gəlsə, onlar başqa mövqedən çıxış edəcəklər. Odur ki, mən də bu qüvvələrlə dialoqun aparılmasının əleyhinəyəm. İqtidar-müxalifət görüşü çox əhəmiyyətlidir. Hətta Prezident Administrasiyasının nümayəndəsi Əli müəllim bildirib ki, belə görüşlər Azərbaycan Prezidenti Cənab İlham Əliyevin göstərişi əsasında keçirilir. Belə tədbirlər ölkədə demokratiyanın, siyasi sistemin və qanunların aliliyinin təmin olunmasına birbaşa təsir göstərir”.

COMMENTS