Nizami rayonunda 41 yaşlı kişini avtomobil vurub

Nizami rayonunda 41 yaşlı kişini avtomobil vurub

Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, metronun “Qara Qarayev” stansiyasının yanında avtomobil yolu keçən 1983-cü il təvəllüdlü Denis Aleksandr oğlu Çernişeni vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

COMMENTS