“Son zamanlar Vladimir Jirinovskinin Azərbaycan haqqındakı fikirlərində müsbət mənada dəyişikliklər olub. Əgər o, rəsmi şəkildə dəvət olunubsa, yəqin ki, bunun müəyyən səbəbləri var”.
Bunu Modern.az saytına akademik, Müstəqil Azərbaycan Partiyasının sədri Nizami Süleymanov Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Azərbaycana gələcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə Vladimir Jirinovski ermənilərin xislətini daha yaxşı başa düşdüyündən Azərbaycana olan münasibətini dəyişib. Akademik düşünür ki, Rusiya liberal-demokratlarının lideri rəsmi şəkildə Azərbaycana dəvət olunubsa, burda məqsəd var.
“Jirinovski kimi bir adamın Azərbaycanın tərəfini tutmasından söhbət gedirsə, buna müsbət baxıram. Jironovski gəlib öz gözləri ilə Azərbaycandakı inkişafı görsə, fikirlərində bir az dəyişiklik olacaq. Çünki Azərbaycan çatışmazlıqlara baxmayaraq, sürətlə inkişaf edir. Görünür ki, Jirinovski də bunu anlamağa başlayır”.
Nizami Süleymanov bildirib ki, Jirinovski kimi Azərbaycan haqqında mənfi düşüncələrə malik emosional bir adamın fikrində dəyişikliklərin olması ermənilərin xeyrinə deyil.
“Ona görə də gəlir, qoy gəlsin”,-deyə N.Süleymanov söyləyib.
Qeyd edək ki, “Trend” diplomatik mənbəyə istinadən Vladimir Jiriovskinin sentyabrın sonunda Azərbaycana gələcəyi xəbərini yayıb.
COMMENTS