“NMR-nın sabiq DİN rəhbərinin qardaşı 140 000 pulumu ələ keçirib”- PREZIDENTƏ ŞİKAYƏT

Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, ev 13-də yaşayan Azərbaycan Respublikasının vətəndaşı Tahirov Rəşad Lətif oğlu tərəfindən “Gündəm Xəbər”ə şikayət məktubu daxil olub. Rəşad Tahirov müraciətində bildirir ki, “mən aşağıda adlarını qeyd etdiyim dövlət orqanlarına da müraciət etmişəm.”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Surəti: Azərbaycan Respublikasının 1-ci Vitse Prezidenti xanım Məhriban Əliyevaya

Surəti: Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbova

Surəti: Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralova

Surəti: Azərbaycan Respublikasının Daxili İşlər Naziri Ramin Usubova

Surəti: Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Naziri Fazil Ələkbərova

Surəti: Bakı şəhəri Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidova

Surəti: Bakı şəhəri Sabunçu Rayonun Polis İdarəsinin rəisi Eldar İlyasova!

Vətəndaş Tahirov redaksiyamısdan xahiş edir ki, gundemxeber.az saytı vasitəsi ilə onun müraciətini ictimailəşdirək. Həmin şikayət məktubunu olduğu kimi oxucularımıza təqdim edir:

“Naxçıvan Muxtar Respublikasının keçmiş Daxili İşlər Naziri Əhmədov Əhməd Hüseyn oğlunun qardaşı, vətəndaş Əhmədov Əvəz Hüseyn oğlunun mənə qarşı hədə-qorxu gələrək 140.000 (yüz qırx min) ABŞ dolları pulumu ələ keçirməsi barədə müxtəlif hüquq mühafizə orqanlarına 2017-ci ilin iyul ayında yazdığım şikayət üzrə araşdırma aparılaraq Bakı şəhər Prokurorluğuna həvalə edilmişdir.

Bakı şəhər Prokurorluğunda Əhmədov Əvəz Hüseyn oğlunun barəsində 2017-ci ilin noyabr ayında Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Əhmədov Əvəz Hüseyn oğlu barəsində istintaqdan gizləndiyi üçün 2017-ci ilin dekabr ayının 14-də axtarış elan olunmuş, qərarının icrası Bakı şəhəri Sabunçu RPİ-nə göndərilmişdir.Axtarış qərarından təxminən beş aydan çox keçməsinə baxmayaraq hələ icra olunmamışdır.

Əhmədov Əvəz Hüseyn oğlu özlərinə məxsus Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki “Park Plyus” obyektində tez-tez görünür və obyektin yaxınlığında faktiki olaraq yaşadığı halda, Sabunçu RPİ-nin ərazi üzrə sahə müvəkkili nədənsə onu ələ verimək istəmir. Onun saxlanılıb istintaqa təhvil verilməsi üçün fealiyətsizlik göstərir.

Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə cinayət işi başlanmış şəxs Əhmədov Əvəz Hüseyn oğlunun tutulub istintaqa təhvil verilməsi üçün qanunda nəzərdə tutulmuş tədbirlər görməyinizi xahiş edirəm.”

İmza: Rəşad Lətif oğluTahirov

Tel:(+994 50 227 10 11)

Dosye.org

COMMENTS