Novruz Məmmədovdan Jirinovskiyə TƏŞƏKKÜR

Rəsmi Bakı ötən gün Rusiya Liberal-Demokrat Partiyasının sədri, Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin “Rossiya 24” kanalında canlı yayımda Azərbaycanı tərifləməsinə reaksiya verib.

 

Modern.az xəbər verir ki, özünün twitter səhifəsində Prezident Administrasiyası rəhbərinin müavini, qurumun xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu barədə yazıb. “Ümummilli Lider və Prezident İlham Əliyev haqqında «Россия 24»də dediyi fikirlərinə görə Jirinovskiyə təşəkkür edirəm”,-deyə Novruz Məmmədov bildirib.

Qeyd edək ki, V. Jirinovski Azərbaycanı MDB məkanında nümunəvi dövlət adlandırıb. O, Azərbaycan və Azərbaycan rəhbərliyini tərifləyən fikirlər səsləndirib. O vurğulayıb ki, Azərbaycanın mərhum eks-prezidenti Heydər Əliyev dahi şəxsiyyət olub. O, Azərbaycan dövlət başçısı İlham Əliyevin ölkə daxilində apardığı siyasətin də təqdirə layiq olduğunu bəyan edib.

COMMENTS