Noyabrda 3 gün iş olmayacaq

Bayraq Günü – 9 noyabr bazar gününə təsadüf etdiyi üçün noyabrın 10-da da qeyri-iş günü olacaq.

 

Bunu ANS PRESS-ə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib.

Onun sözlərinə görə, Bayraq Günü bazar gününə təsadüf etdiyindən növbəti iş günü – 10 noyabr da qeyri-iş günü elan olunub.

Qeyd edək ki, noyabrın 8-i şənbə gününə təsadüf etdiyindən həftənin 5 günü işləyən müəssisələrdə 3 gün qeyri-iş günü olacaq.

COMMENTS