Top.Mail.Ru

Nursultan Nazarbayevdən vacib təklif: “Bu haqda düşünək”

Nursultan Nazarbayevdən vacib təklif: “Bu haqda düşünək”

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev Avrasiya İqtisadi Birliyi ölkələrinə Qara və Xəzər dənizləri arasında kanalın qurulmasını təklif edib.

Teleqraf.com xəbər verir ki, o bu barədə birliyin Rusiyanın Soçi şəhərində keçirilən iclasında danışıb.

Zirvədə çıxış edən Nazarbayev birlik ölkələrini bu təklif haqda düşünməyə çağırıb:

“Qara və Xəzər dənizlərini su yolu ilə birləşdirmək fürsəti verən “Avrasiya kanalı”nın qurulması ümidli bir layihə olardı”.

Nazarbayev, eyni zamanda Rusiya və Qazaxıstan üzərindən Avropanı Asiyaya bağlayacaq avtomobil yolunun çəkilməsini də təklif edib.

DOSYE.ORG

COMMENTS