“Nüvə müharibəsi yolverilməzdir” – Beş nüvə dövləti bəyanatla çıxış edib

“Nüvə müharibəsi yolverilməzdir” – Beş nüvə dövləti bəyanatla çıxış edib

Çin, Rusiya, Böyük Britaniya, ABŞ və Fransa liderləri nüvə müharibəsinin və silahlanmaya yol verilməsinin qarşısının alınması barədə birgə bəyanatla çıxış ediblər.

Sənəd Kremlin saytında Rusiyanın təşəbüsü ilə dərc olunub.

Birgə bəyanatda qeyd olunur ki, «nüvə beşliyinin» birinci dərəcəli məsuliyyəti nüvə silahına malik olan dövlətlər arasında nüvə müharibəsinə yol verilməməsindən və strateji risklərin aşağı salınmasından ibarətdir. Nüvə silahı müdafiə xarakterli olmalıdır, belə ki, nüvə müharibəsində qalib ola bilməz. Ona görə də belə silahların gələcəkdə yayılmasının qarşısı alınmalıdır.

«Bizlərdən hər birimiz sanksiyasız və ya təsadüfən nüvə silahından istifadənin qarşısının alınması istiqamətində milli tədbirləri saxlamaq niyyətindəyik – bəyanatda deyilir – Biz, bir daha təsdiqləyirik ki, bizim nüvə silahımızın bir-birimizə və ya istənilən digər dövlətə qarşı tuşlanmaması barədə bundan əvvəlki bəyanatlarımız aktualdır».

Sənəddə deyilir ki, qarşılıqlı hörmət və maraqların tanınması əsasında biz, konstruktiv dialoqun aparılmasında qərarlıyıq.

««Nüvə beşliyi» liderlərinin bəyanatı istisna etmir ki, BMT TŞ daimi üzvlərinin sammiti hələ də qaçılmazdır» – Kremlin nümayəndəsi dərc olunmuş sənədi şərh edərkən, RİA Novosti ilə söhbətdə bildirib.

DOSYE.ORG

COMMENTS