“O ağaclar Nazirliyin icazəsi ilə kəsilib…”

Sumqayıtdakı 18 saylı orta məktəbin yaxınlığında yerləşən çoxillik yaşıl ağacların kəsilməsində adı hallanan millət vəkili Leyla Abdullayevin köməkçisi məsələyə münasibət bildirib.

Deputatın köməkçisi Pərvin Rəhimov “Qafqazinfo” ilə əlaqə saxlayaraq qeyd edib ki, 18 saylı orta məktəbdə təmir işləri gedir: “Həmin ağacların kəsilməsi də şəxsən mənim iştirakımla müvafiq dövlət qurumunun nüayəndələrinin rəyi ilə baş tutub. Həmin məktubun sürəti də var. İstəyənlər gəlib tanış ola bilər. Nazirliyin yerli şöbəsinin iştirakı ilə ağacalar kəsilib. Burada icazəsiz ağac kəsilməsi məsələsindən söhbət gedə bilməz. Bu iş bir ay davam edib. Ərazinin şəkilləri çəkilib. Ağacların kəsilməsinə səbəb isə onların köklərinin kanalizasiya xəttinə qədər gedib çıxmasıdır. Bu da orada təmir işlərinin aparılmasına maneçilik törədib”.

COMMENTS