“O “Meydan Tv”-dən imtina etmirsə, mən…”

“Oğlanlarımın ikisi də əli qabarlı fəhlədir, onlar heç vaxt siyasətə qarışmayıblar”.

Dosye.org xəbər verir ki, bunu BBC azərbaycancaya jurnalist Günel Mövludun anası Şövkət Şəfiyeva deyib. O, bildirib ki, oğlanları qızı Günel Mövludun Meydan TV ilə əməkdaşlıq etməsinə görə həbs olunublar və ana buna görə də qızından imtina edir:

“Qızım Meydan TV-dən imtina etmirsə, mən ondan imtina edirəm”.

“1993-cü ildən Cəbrayıldan çıxandan sonra imkansızlığa görə oğlanlarımı oxutdura bilmədim. Ona görə indi fəhləlik edib ailələrini dolandırılar. Onların narkotika ilə işləri ola bilməz. Bu həbslər siyasidir”, – o qeyd edib.

Şəfiyeva hələ də oğlanları ilə görüşə bilmədiklərini də qeyd edib.

Günel Mövlud da qardaşlarının həbsini Meydan TV-dəki fəaliyyəti ilə əlaqələndirib, amma o, bu fəaliyyətini dayandırmayacağını da bildirib.

Qeyd edək ki, yazarın atası daha öncə qızından imtina etməyəcəyini desə də, artıq bu məsələdə Şövkət xanıma qoşulduğunu vurğulayıb.

Xatırladaq ki, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Günel Mövludun qardaşları Raci və Vəkil İmanovlar oktyabrın 13-də polis orqanlarına daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən müvafiq tədbirlər nəticəsində saxlanılıblar.

Nazirliyin məlumatına görə, baxış zamanı onlardan narkotik vasitə olan marixuana götürülüb. Onlar 3 ay müddətinə azadlıqdan məhrum ediliblər

COMMENTS