“O, “Qarabağ”ın oyununu təhlil etməkdə bizə kömək edəcək” – Stanislav Çerçesov

“O, “Qarabağ”ın oyununu təhlil etməkdə bizə kömək edəcək” – Stanislav Çerçesov

Macarıstan “Ferentsvaroş”ının baş məşqçisi Stanislav Çerçesov  Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibləri “Qarabağ” haqda danışıb.

Qol.az xəbər verir ki, rus mütəxəssis deyib: “Çempionlar Liqasının qrup mərhələsinə doğru ilk addımlardan birini atdıq. Bu uğurdur. Lakin qarşıdakı oyunlara hazır olmalıyıq. Müşahidəçimiz “Sürix” – “Qarabağ” matçında olub. O, Azərbaycan klubunun oyununu təhlil etməkdə bizə kömək edəcək. Amma qarşıda hələ Macarıstan çempionatının qarşılaması var. Mövsümə yaxşı başlamaq vacibdir”.

Qeyd edək ki, “Qarabağ”ın “Ferentsvaroş”la ilk görüşü avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda, cavab görüşü isə avqustun 9-u Budapeştdə keçiriləcək.

COMMENTS