ABŞ prezidenti Barak Obama İŞİD-lə mübarizədə Suriya hakimiyyəti ilə əməkdaşlığa getmək niyyətində olmadığını bəyan edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Barak Obama bu barədə Avstraliyanın Brisben şəhərində “Böyük iyirmilik” sammiti çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.
Ağ Ev başçısı bildirib ki, Suriya prezidenti Bəşər Əsəd ölkənin çox hissəsində legitimliyini itirib.
ABŞ lideri söyləyib ki, Ağ Ev İŞİD-ə qarşı mübarizədə Bəşər Əsədlə əməkdaşlığa gedərsə, Suriya sünniləri İŞİD yaraqlılarına qoşulacaq. “Bu da bizim kolisiyanın zəifləməsinə gətirib çıxara bilər”,-deyə Barak Obama bildirib.
Barak Obama həmçinin qeyd edib ki, ABŞ-ın Suriya siyasətini dəyişməsi barəsində yayılan xəbərlər həqiqət deyil.
COMMENTS