Obama İŞİD-i ölümlə hədələdi

ABŞ terrorla mübarizə strategiyası çərçivəsində “İslam Dövləti” (əvvəlki adı İŞİD) terrorçu təşkilatına qarşı yeni hərbi əməliyyatlara başlamaq niyyətindədir.

 

Modern.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə ABŞ-ın nüfuzlu “Vaşinqton Post” qəzeti yazıb.

Sözügedən mətbuat orqanı iddia edib ki, Barak Obama administrasiyası bu məqsədlə ABŞ Konqresinə icazə üçün müraciət edəcək.
Məlumata görə əgər Konqres müraciəti təsdiqləyərsə, ABŞ İraq və Suriyada “İslam Dövləti”nə qarşı yeni hərbi əməliyyatlara başlayacaq.

Səudiyyə Ərəbistanı, İordaniya və Türkiyənin yardımı ilə İraqdakı sünni vətəndaşların “İslam Dövləti”nə dəstək verməmələri üçün ABŞ-ın bu ölkələrlə danışıqlara başlayacağı da bildirilib.

COMMENTS