Obamadan daha bir AÇIQLAMA

Terrorçuların qarşısı alınmasa, ABŞ üçün də təhlükəyə səbəb olacaqlar

 

ABŞ prezidenti Barak Obama xalqa müraciət edib.

 

Obama bəyan edib ki, ABŞ İŞİD terrorçu qruplaşmasının məhv edilməsi ilə bağlı strategiyasında müttəfiqlər ölkələrlə birlikdə mübarizə aparmağa davam edir.

Prezident İŞİD terrorçularının İraq, Suriya və Yaxın Şərq xalqları üçün təhlükə yaratdığını deyib. O, bildirib ki, terrorçuların qarşısı alınmasa, Birləşmiş Ştatlar üçün də təhlükəyə səbəb olacaq.

Konqresdə demokratlar və respublikaçıları təmsil edənlər Amerika hərbçilərinə Suriyada İŞİD terrorçularına zərbə endirməyi dəstəklədilər. Bu, amerikalıların təhlükəsizliyi üçün atılmış bir addımdır. İraqa və Suriyaya qoşun göndərmək qərarı verilməsə də ABŞ müttəfiq ölkələrdə təhlükəsizliyin təmin edilməsinə kömək etmək üçün öz imkanlarından istifadə edəcək. Bu İŞİD-ə qarşı təkcə ABŞ-ın mübarizəsi deyil, region və dünya ölkələrinin İŞİD-ə qarşı mübarizəsidir”, deyə Obama bildirib.(anspress.com)

COMMENTS