Odessaya raket hücumu – İstirahət mərkəzi və evlər dağıldı

Odessaya raket hücumu – İstirahət mərkəzi və evlər dağıldı

Ukraynanın Odessa vilayətinə raket zərbələri endirilib.

Modern.az xəbər verir ki, bu barədə Odessa Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Bratçuk məlumat yayıb.

Rusiyanın hücumu nəticəsində istirahət mərkəzi, eləcə də bir neçə fərdi yaşayış yeri dağılıb. Hadisə zamanı azı 3 nəfərin xəsarət aldığı bildirilir.

S. Bratçuk hazırda xilasetmə əməliyyatlarının aparıldığını vurğulayıb. Əlavə məlumat verilməyib.

COMMENTS