Öldürülən azərbaycanlı mer bu gün dəfn olunacaq

Öldürülən azərbaycanlı mer bu gün dəfn olunacaq

Vida mərasimi mədəniyyət sarayında saat 10:00-dan 12:00-dək davam edəcək

 

Naməlum şəxslər tərəfindən qətlə yetirilən Kremençuk şəhərinin əslən azərbaycanlı olan meri Oleq Babayev bu gün dəfn olunacaq.

Bu barədə xəbəri Kremençuk şəhər merinin səlahiyyətlərini müvəqqəti icra edən Viktor Kalaşnik çatdırıb.

“Mərhumla vida mərasimi mədəniyyət sarayında saat 10:00-dan 12:00-dək davam edəcək”, – deyə V. Kalaşnik bildirib.

Xatırladaq ki, Ukraynanın Poltava vilayətinin Kremençuk şəhərinin meri Oleq Babayev 26 iyulda səhər saat 10:00-da evinin qarşısında güllələnib. 3 güllə yarası alan mer yerindəcə keçinib.

O.Babayev 21 oktyabr 1965-ci ildə Kursk şəhərində doğulub. Onun atası əslən Gəncə şəhərindən olub.

1990-cı ilin dekabrdan Ukrayna vətəndaşı olub. O, Almaniyadan gətirilən avtomobillərin satışı, dəri emalı biznesi ilə məşğul olub.

O.Babayevin idman karyerası da olub. O cüdo üzrə idman ustası, 2003-cü ilin oktyabrından “Kremen”, 2005-ci ilin aprelindən isə “Vorskla” futbol klublarının prezidenti idi.(ans)

COMMENTS