Ukraynanın Dnepropetrovsk vilayətində dəhşətli hadisə baş verib.
Dosye.org xəbər verir ki, Nikopol şəhərində məhkəmə binasına qumbara atıb. Nəticədə 1 nəfər ölüb, 10 nəfər yaralanıb.
İki nəfərin avtomobildə güllələnməsi işi üzrə dinləmələr zamanı ölən şəxslərdən birinin atası hakim məhkəmə iclasının növbəti dəfə təxirə salınması haqqında qərarını açıqlayandan sonra iki qumbaranı işə salıb. Həmin şəxs hadisə yerində ölüb. Yaralananlar arasında üç müttəhim, iki konvoy və məhkəmə əməkdaşı var.
Faktla bağlı cinayət işi qaldırılıb.
Dosye.org
COMMENTS