Oğurlanan 2 yaşlı körpə tapıldı, saxlanılanlar var

Oğurlanan 2 yaşlı körpə tapıldı, saxlanılanlar var

Ötən il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməldaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində tapılıb.
Bu barədə Qaynarinfo-ya DİN-in Mətbuat Xidmətinin inspektoru polis mayoru Anar Qafarov məlumat verib.
Məlumata görə, körpəni oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova və Şamil Əliyev saxlanılıblar.
Araşdırmalar davam etdirilir.
DOSYE.ORG

COMMENTS