Oğuzdakı yanğınla bağlı daha bir – Açıqlama

Oğuzdakı yanğınla bağlı daha bir – Açıqlama

Oğuz rayonu, Mollalı kəndində başlayan yanğın güclü külək səbəbindən kəndlə sərhəd ərazidə yerləşən meşə fondu torpağına keçib.

DOSYE.ORG xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, hazırda ETSN-in yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

COMMENTS