Hər zaman haqq-ədaləti üstün tutan insanlar cəmiyyət arasında ağsaqqal obrazını həyata keçirir. Lakin elə məqamlar olur ki, bəzi nadürist insanlar haqq-ədaləti boğmağa çalşır və cəmiyyətin haqq səsini lazımı ünvanlara gedib çatmasına maneə törədir.
Təbii ki, bu gün dünyanın istənilən nöqtəsində müəyyən problemlər mövcüddür. Elə götürək bizim doğma məkanımız olan Azərbaycanı. Devalvasiyadan sonra bəzi ərzaq mağazaları qapanıldı. Kimlər qəm dəryasına qərq oldu, kimlər hönkür-hönkür ağlayaraq “Kimlərə qaldı dünya” mahnı oxumaqla özlərinə təsəlli verdi. Hətda spirtli içkilərin satışına belə qadağa qoyuldu. Yəni istənilən vətəndaş spirtli içkini ancaq və ancaq kart hesabına əldə edəcək. Mollalar istisna olmaqla…
Deyirəm vallah, bu gedişlə növbəti devalvasiya oksigenlərədə təsirini göstərəcək. Maşallah olsun Təbii Sərvətlər Nazirliyinə. Cənab Hüseynqulu Bağırov məsələ qaldıracaq ki, ölkədə ağaclara kart quraşdırılsın və oksigen qəbul edən insanlar mütləq həmən kartdan istifadə etsin. İraq-iraq qulağlardan, şər deməsən xeyir gəlməz. Əgər bizim Hüseynqulu qaqamız lazımı təklifini irəli sürsə heç də təəcüblənməyin. Çünki ölkədən oğurlanmış milyonların yeri mütləq bərpa edilməlidir.
Bu işdə hər birimiz Hüseyqulu qaqamıza dəstək olmalıyıq. And olsun, Bakı beynəlxalq aeroportundan taaaa Dubay aeroportunun hava yollarına. And olsun, Hüseynqulunun meşələrinə, Qorxmazın “Azərsuyuna”, Rövnəqin neftinə, Mikayılın kitablarına, Allaşukurun məçitlərinə, Ramilin DİN- nə, nəbilim kimlərin nəyinə… Süleymana qalmayan dünya heç kimə qalmayacaq. Olsun, oskigendə kart sistemi ilə. Təki, canımız sağ olsun. Allah bizim əqlimizi əlimizdən almasın.
İnan, etibar et, sonda naxələf çıxsın…
Son günlər xəyanatkar məmurlardan icad etdiyim məsələlərin xırdalıqlarına, daha doğrusu onların rüsvayedici əməllərindən yazmağa nə qədər cürət etdimsə ürəyim dur dedi. Bir zamanlar Fərhad və Rafiq Əliyevlərdən silsilə yazanlar düşünmürdülər ki, iki qardaşın oynu uşaq oynudur. Onların uşaq oyunlarını üstəliyəcək Hacı Məmmədov kimi killer peyda olacaq.
Hardan bilərdilər ki, Eldar Mahmudovun oynu bütün oyunları elə üstəliyəcək ki, tarixə iz qoyacaq. Bəli, doğrudanda “kimin əvvəli, kimin axırı” deyimi yerinə düşür. Amma yenə dalağım sancdı…. Bəlkə yenə oyunlar gözlənilir? Bəlkə bu dəfəki oyun, Eldar qaqamın atasına rəhmət oxuyacaq? Allah bizi gələcək oyunlardan qorusun.
Yaponiya kimi dövlətin ölkə başçısına belə bir sual ünvanlanıb ki,” Yaponiya dövlətinin bu qədər inkişaf etməsinin səbəbi nədədir”? Ölkə başçısının cavabı olduqca məntiqli və tutarlı səslənib. “ Yaponiya dövləti ona görə bu qədər inkişaf edir ki, hərə öz işi ilə məşğuldur”. Bir an istənilən halda öz yaşadığın ölkəni Yaponiya ilə müqayisə edirsən. Lakin müqayisə etmək sadəlövhlük olar. Çünki, Yaponiyada “obexeyis” MTN naziri ola bilməz və .s.
Deyirəm nə yaxşı Azərbaycan kimi varlı dövlət var. Nə yaxşı, neftimiz, qazımız, qaymağımız var. Nə yaxşı, hər şeyimiz var, amma bircə şeyimiz yoxdur… PULUMUZ YOX
COMMENTS