Ölən və yaralananlar var -Türkiyədə terror

Ölən və yaralananlar var -Türkiyədə terror

Türkiyənin Van əyalətində İpək yolu rayonunda terror aktı törədilib, Oxu.Az Milliyet-ə istinadən xəbər verir.

Məlumata əsasən, PKK terrorçularının quraşdırdığı partlayıcı qurğunun işə düşməsi nəticəsində polis texnikası sıradan çıxarılıb.

Nəticədə 2 polis əməkdaşı şəhid olub, daha biri isə yaralanıb.

Bölgədə HHQ-nin iştirakı ilə genişmiqyaslı əməliyyatlara başlanılıb.

COMMENTS