Oleq Kuznetsovun təhdidinə FƏRQLİ CAVABLAR“Biz ancaq hadisələrə Ukraynanın gözü ilə baxırıq” – FOTOLAR

Oleq Kuznetsovun təhdidinə FƏRQLİ CAVABLAR“Biz ancaq hadisələrə Ukraynanın gözü ilə baxırıq” – FOTOLAR

Rusiyalı politoloq Oleq Kuznetsov şəxsi “Facebook” hesabında azərbaycanlı redaktorları hədələyib. O Azərbaycan mediasının Ukrayna –Rusiya savaşıbda yalan informasiya yaydıqlarını iddi edib.  O, hətta qeyd edib ki, buna görə onlar beynəlxalq axtarışa veriləcəklər.
Xatırladaq ki, Oleq Kusnetsov hər zaman Azərbaycan mediasi ilə isti münasibətdə olub və tez-tez yerli KİV-də açıqlamaları dərc olunub.
Rusiyalı siyasi analitikin bu çıxışından sonra  bir çox media nümayəndələri məsələyə öz münasibətlərini bildirib.
“7news.az” saytının baş redaktoru,  internet media eksperti Səbuhi Abbasov  Ednews-a bildirib ki, 44 günlük vətən savaşında Ukrayna Azərbaycana mənəvi və media dəstəyi baxımından kifayət qədər ciddi dəstək olan ölkələrdən biri idi. Ermənistanın mediada təxirbatlarına ciddi şəkildə cavab verirdi. Onun sözlərinə görə Rusiya isə Azərbaycanın stetaji əməkdaşı və müttəfiqidir.
“Bu məsələ ilə bağlı təkcə Oleq Kuznetsov deyil digər rusiyalı blogger və jurnalistlər müxtəlif fikirlər səsləndiriblər. Hər iki ölkəyə qarşı münasibətimiz normaldır. Hər iki ölkənin müharibə etməsinə təəsüfflənirik və Azərbaycan mediası onların rəsmi məlumatlarına əsasən xəbərlər paylaşır. Oleq Kuznetsovun məhkəməyə müraciət etməsi üçün isə əlində əsaslı dəlillər olmalıdır. Çünki, bu şikayət birmənalı şəkildə Azərbaycan mediasına şamil edilə bilməz”.
Tanınmış jurnalist Qulu Məhərrəmli isə deyir ki, Oleq Kuznetsovun Azərbaycan mediasını ittiham etmək, yol göstərmək və hansısa göstərişi vermək üçün heç bir  səlahiyyəti yoxdur.
“Düşünürəm ki, Azərbaycan mediası Rusiya-Ukrayna müharibəsini ən obyektiv və dürüst işıqlandıran mediadır. Burada müxtəlif aspektlər və yanaşmalar var. Azərbaycan mediası ictimaiyyətə nə Kuznetsovun, nə də Rusiyanı təmisil edən heç bir şəxsin zövqü ilə məlumatlar verə bilməz. Jurnalistikanın qızıl qanunları var və Azərbaycan mediası bu müharibə məsələsində doğru-dürüst təsəvvür yaratmağa çalışır. Azərbaycan ictimaiyyətinin böyük əksəriyyətinin düşüncəsində bu işğalçı müharibədir və Rusiyanın hərbi təcavüzüdür. Bir çox media qurumları da ictimaiyyətin rəyinə əsasən bunu bu cür işıqlandırır.
Məhkəməyə vermək üçün isə O. Kuznetsov hüquqi şəxs olaraq kimi təmsil etdiyini dəqiqləşdirməlidir. Çünki, predmetsiz məsələləri məhkəmə qəbul etmir. Ortada mütləq şəkildə əsaslandırılmış ittiham olmalıdır ki, məhkəmə onu qəbul edə bilsin”.
“Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədovun isə məsələyə münasibəti bir qədər fərqlidir. Onun sözlərinə görə, məhkəməyə vermək fikri ilə bağlı hüquqi mexanizmin olduğunu düşünmürəm. Amma Oleq Kuznetsovun o fikri ilə həmfikirəm ki, biz ancaq hadisələrə Ukraynanın gözü ilə baxır, Ukraynanın qulağı ilə eşidirik. Bu zaman müharibədə tərəf olmuş oluruq.
“Söhbət təbii ki, informasiya müharibəsindən gedir. Həmçinin, Oleq K. Ermənistan Azərbaycan müharibəsində Azərbaycana dəstək verən az sayda rusiyalı icyimai-siyası xadimlərdən biri idi. Mənəvi olaraq inciməyə müəyyən qədər haqqı var. Ermənilər sentyabrın 27-də Azərbaycanın yaşayış məntəqələrini atəşə tutan zaman ilk reaksiya verənlərdən biri o idi. Məsələ ondadır ki, informasiya müharibəsində bəzi media nümayəndələri feyk xəbər də yayır, özünə marağına uyğun gələn fikirlər də paylaşır. Bu zaman, Ukraynanın yaydığı məlumat olsa belə,  biz narahat olmuruq ki, bu yalan ola bilər. Optiaml variant odur ki hər iki tərəfin rəsmi informasiyalarına istinadən xəbər verək. Ölkələrin müdafiə nazirliklərinin yaydığı xəbərlərə diqqət yetirmək daha məqsədəuyğundur. Ən azından formal neytrallığı qorumuş olarıq. İkisi də müəyyən mənada dost ölkələrdir. Real müharibədə tərəf olmadığımız kimi informasiya müharibəsində də tərəf olmamağa çalışmalıyıq. Amma, Azərbaycan mediasını məhkəməyə verməklə təhdid edən Kuznetsov məsələni çox gərib”.
Hər halda, Rusiya-Ukrayna müharibəsində hər şey göz önündədir. Medianın informasiyalarından əlavə xalqın paylaşımları da diqqət mərkəzindədir. Yəni belə desək, xalqın gözü tərəzidir.
DOSYE.ORG
1
1

COMMENTS