Top.Mail.Ru

Olimpiadada daha 17 nəfər koronavirusa yoluxdu

Olimpiadada daha 17 nəfər koronavirusa yoluxdu

Son 24 saat ərzində Tokioda keçirilən Yay Olimpiya Oyunlarının keçirilməsinə cəlb edilən 17 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə “Tokio-2020″nin təşkilat Komitəsinin Saytında deyilir.

Bildirilir ki, Olimpiya Oyunlarının keçirilməsinə cəlb edilənlər arasında koronavirusa yoluxanların ümumi sayı 281 nəfərə çatıb.

Qeyd edək ki, “Tokio-2020” Yay Olimpiya Oyunları avqustun 8-i başa çatacaq.

COMMENTS