“Olimpiakos” Marselonu təqdim etdi – Şəkillər

“Olimpiakos” Marselonu təqdim etdi – Şəkillər

“Qarabağ”ın Avropa Liqasının G qrupundakı rəqiblərindən “Olimpiakos” yeni transferi, məşhur futbolçu Marselonu təqdim edib.

Qol.az xəbər verir ki, təqdimat mərasimi “Georgios Karaiskakis” stadionunda keçirilib. 34 yaşlı müdafiəçi arenaya ailəsi ilə daxil olub. Fanatlar isə oyunçunu böyük coşqu ilə qarşılayıblar. Braziliyalı futbolçu komadada 12 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, “Olimpiakos” Marselo ilə 1+1 illik müqavilə imzalayıb. Futbolçu bu yay “Real”dan ayrılıb. , 2007-ci ildən Madrid təmsilçisində çıxış edirdi.

Qeyd edək ki, “Qarabağ”la “Olimpiakos” arasında ilk oyun oktyabrın 6-da Yunanıstanda, növbəti görüş isə oktyabrın 13-ü Bakıda olacaq.

 

COMMENTS