“Olimpiakos” – “Qarabağ” oyununa böyük maraq – Anşlaq olacaq

“Olimpiakos” – “Qarabağ” oyununa böyük maraq – Anşlaq olacaq

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Olimpiakos”la Yunanıstanda keçirəcəyi matç üçün nəzərdə tutulmuş biletlərin böyük hissəsi satılıb.

Qol.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, satışda yalnız 4000 bilet qalıb. Bildirilir ki, bu biletlərin də matçadək satılacağı gözlənilir.

Qarşılaşma üçün bilet satışı sürətlə davam edir. Ona görə də Ağdam təmsilçisinin “Olimpiakos”la səfər oyununda anşlaq olacaq. Pirey təmsilçisinin stadionunun 33 min tamaşaçı tutumu var.

Qeyd edək ki, “Olimpiakos” – “Qarabağ” matçı oktyabrın 6-sı “Georgios Karaiskakis” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Arenanın azarkeş tutumu isə 32 min 115 nəfərdir.

 

COMMENTS