Avropa Yay Oyunları günlərində Bakıda yas mərasimləri də keçirilməyəcək.
Dosye.org Axar.az-a istinadən xəbər verir ki, yas mərasimləri üçün qurulan çadırların nəqliyyatın hərəkətinə mane olacağından yasların keçirilməməsi tövsiyyə olunur.
Belə ki, yas mərasimləri keçiriləndə paytaxtda tıxac yaranır. Bu məlumatı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov da ANS-ə təsdiqləyib. O bildirib ki, yasların mərasim zallarında keçirilməsi tövsiyə olunur. Onun sözlərinə görə, Avropa Oyunları zamanı paytaxt yollarında yas çadırlarının qurulması mümkünsüz olacaq. Qeyd edək ki, Avropa Yay Oyunları iyunun 12-dən 28-dək davam edəcək. Şəhərdə sıxlığın qarşısının alınması üçün yarış günlərində paytaxtın şadlıq saraylarında toyların keçirilməsinə də icazə verilməyəcək.
COMMENTS