“Ölkəmizə savadlı və vətənpərvər mütəxəssislər lazımdır”

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, deputat Adil Əliyev dünən Bakı Avrasiya Universitetinin 20-ci “Məzun günü”ndə iştirak edib.

Bakı Avrasiya Universitetinin rəhbərliyi və məzunları qarşısında çıxış edən deputat  onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb: 

“Bütün inkişaf edən ölkələr savadlı insanların əməyi və biliyi sayəsində istənilən nəticəni qazanıblar. Bu gün ölkəmizə savadlı və vətənpərvər mütəxəssislər lazımdır. 

Hər insan öz sahəsinin peşəkarı olarsa, yaşadığı ölkəyə daha çox fayda verə bilər. Mənim üçün ən böyük vətənpərvərlik budur.

Bilirsiniz ki, ölkə rəhbəri cənab İlham Əliyev dəfələrlə çıxışlarında insan kapitalının reallaşdırılmasının əsas istiqamətləri ilə bağlı önəmli  mesajlar verib.

Artıq görülən işlərin real nəticəsi olaraq, minlərlə gəncimiz dünyanın nüfuzlu ali məktəblərində müxtəlif sahələr üzrə təhsil alırlar. Onların potensialından düzgün yararlanmaq aidiyyəti dövlət və özəl qurumların üzərinə düşür ”,-deyə deputat çıxışında vurğulayıb.  

Dosye.org

COMMENTS